Cəlilabad rayonunun eks icra başçısı Namiq Zeynalovun həbsindən sonra türməyə gedəsi ikinci bir şəxs vardısa , o da 46 saylı Cəlilabad rayon Yol İstismar idarəsinin rəisi Xudayar Rəhmovdur.
Tənqidi mediada bu şəxsin ” qara əməlləri” haqqında lazımı məlumatlar dərc olunub.Adı çəkilən bu şəxslə bağlı apardığımız araşdırmalar zamanı məlum olur ki, uzun illər daşıdığı bu vəzifədə işləyən vəzifəsindən sui – istifadə edən və bunun nəticəsində külli miqdarda dövlət əmlakını asfalt yollarında ” əridən” oliqarx məmura çevrilən Xudayar Rəhimovun qanunsuz əməlləri rayonda hər kəsin hiddətinə səbəb olmuşdur.Düşündürücü hal odur ki, qeyri qanuni yollarla ələ keçirdiyi pullar hesabına Xudayar Rəhimovun həm özü həm yaxınları təm təraqlı həyat tərzi keçirirlər.
Bundan əlavə 46 saylı Cəlilabad Yol İstismar İdarəsinin rəisi Xudayar Rəhimovun oftomobil kolleksiyası var. Rəisin 10 – AD 044 nömrə nişanlı Range Rover markalı avtomobili , 10 TV 444 dövlət nömrə nişanlı Mersedes CL markalı avtomobil, 10 BT 444 nömrə nişanlı porche caen markalı avtomobili , 90 AA 160 dövlət nömrə nişanlı Lexus markalı avtomobilləri var.
Bundan başqa xudayar Rəhimovun ” Masalli istisu” ərazisində malikanəsi , asfalt zavodu ,Baki Şəhərində bag evləri və bir cox mənzilləri var. Guya bu qanunsuz var dövlətdən Saleh Məmmədovun xəbəri yoxdur?
Onu da qeyd edək ki, korrupsioner məmur Xudayar Rəhimovun oğlu da atası kimi dəbdəbəli həyat yaşayır.
Xudayar Rəhimovun oğlu BDYPİ – də yüksək vəzifə tutur.Oğul Rəhimov haqqında polisə yaraşmayan hərəkətlərinə görə sosial mediada tənqid atəşinə tutulmuşdur.
Növbəti sayımızda 46 saylı Yol İstismar idarəsi rəisi ” asfalt yeyən” oliqarx məmur titulunu qazanmış Xudayar Rəhimovun haqqında daha ilginc məlumatlar dərc edəcəyik
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
DOSYE.ORG
COMMENTS