Asim Mollazadə : “Azərbaycanın işğal olunmuş ərazisini ziyarət edənlər, artıq Azərbaycana heç bir halda gələ bilməyəcəklər”

Hesab edirəm ki, bu ilk növbədə beynəlxalq hüquq normalarına olan sayqısızlıqdır”.

Bunu dosye.org-a açıqlamasında millət vəkili Asim Mollazadə UNESCO-nun dəstəyi ilə Xankəndində keçiriləcək “Sülh naminə musiqi” konsertinin məqsədyönlü şəkildə Xocalı soyqrımı ərəfəsinə salınmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanın UNESCO ofisi mütləq bu məsələni araşdıracaq: “UNESCO-nun simvollarının istifadəsi ilə bağlı məsələ hazırda araşdırılır və müvafiq qərarlar veriləcək. Sadəcə olaraq, burada söhbət işğalçı rejimin istənilən vasitələrdən istifadə edərək, Azərbaycana qarşı öz məkirli planlarını həyata keçirməkdən gedir. Heç bir ölkə başqa bir dövlətin işğal olunmuş ərazisində tədbirlər keçirə bilməz və Azərbaycanın işğal olunmuş ərazisini ziyarət edənlər, artıq Azərbaycana heç bir halda gələ bilməyəcəklər. Çünki onlar həm Azərbaycan qanunvericiliyini, həm də beynəlxalq qanunvericiliyi kobud sürətdə pozublar”.

COMMENTS