AŞPA-da Azərbaycana qarşı qərəz: “Seçki öncəsi təxribat yaratmaq istəyirlər”

AŞPA-da Azərbaycana qarşı qərəz: “Seçki öncəsi təxribat yaratmaq istəyirlər”

Bir neçə gün bundan qabaq AŞPA-nın qış sessiyasında Avropa Şurasının bəzi üzvləri çıxış edərkən Azərbaycana qarşı qərəzli fikirlər səsləndirərək siyasi məhbus hesab edilən şəxslərlə bağlı məruzə ətrafında müzakirələr aparıblar.

Modern.az xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov səslənən qərəzli fikirlərə cavab olaraq deyib ki, onlar açıq formada Azərbaycanda xaos və qarışıqlıq yaratmağa çalışırlar.

“Bu adamlar qarşılarına məqsəd qoyublar ki, nə yolla olursa olsun ölkəmizdəki stabilliyi pozmaq lazımdır. Azərbaycana dair bu günkü dinləmələr onu göstərdi ki, bu beynəlxalq təşkilat hansı dərin böhranla üzləşib. Bir neçə ay əvvəl Azərbaycan Avropa Şurası ilə konstruktiv dialoqa can atdı, əl uzatdı. Bəs onlar bizə necə cavab verirlər? Avropa Şurasının müəyyən hissəsi Azərbaycanın uğurlarını az qala quduzcasına qarşılayırlar, bizim uğurlarımızı gözdən salmaq, aşağılamaq üçün ölkəmizlə bağlı müxtəlif şeylər uydururlar”.

Beşinci çağırış Milli Məclisin müxalifət partiyasından olan deputatı Fazil Mustafa Modern.az-a açıqlamasında AŞPA-da səslənən fikirlərin seçki öncəsi təxribat yaratmaq istəyindən qaynaqlandığını söyləyib:

“Bir neçə gündən sonra ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçki öncəsi də AŞPA-da çıxış edənlər bilərəkdən Azərbaycan qarşı mənfi mühit yaratmaq düşüncəsi ilə belə addım atırlar. Onlar Azərbaycanda aparılan siyasi prosesləri həzm edə bilmirlər”.

Fazil Mustafanın sözlərinə görə, bu cür çıxışların edilməsi bütövlükdə Ermənistana dəstəyin hansısa formasıdır:

“Bir növ Azərbaycana qarşı bu cür mövzuları daha çox tətbiq etmək yolunu seçirlər. Əslində onların hamısı erməni dəstəkçiləridir. Heç birinin də demokratiya anlayışı yoxdur. Onlar Azərbaycana başqa şərtlər altında iradlar irəli sürə bilmirlər. Ermənistan qarşısında avantajını aşağı salmaq üçün bu mövzunu qabartmağa çalışırlar ki, insanların başı bu mövzuya qarışsın. Ona görə də süni bir məsələdir”.

DOSYE.ORG

COMMENTS