Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör sentyabrın 21-də Azərbaycana rəsmi səfər edəcək.
Səfər sentyabrın 25-dək davam edəcək.
Səfərin proqramı hələlik açıqlanmayıb.
Qeyd edək ki, A. Brassör bu ilin may ayında AŞPA-nın Bakıda keçirilən Daimi Komitəsinin iclasında iştirak edib.
Azərbaycan hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir.(APA)
COMMENTS