Astan Şahverdiyev : “Lazımsız və gərəksiz qanun olmur”

“Mən hələ sözü gedən qanun layihəsi ilə tanış deyiləm” .

Bunu dosye.org-a açıqlamasında millət vəkili Astan Şahverdiyev Milli Məclisə “Bələdiyyələrin etik davranış qaydaları haqqında” qanun layihəsinin daxil olmasından danışarkən deyib. Onun sözlərinə görə, ümumiyyətlə lazımsız və gərəksiz qanun olmur: “Bütün qanunlar əgər qəbul olunursa, lazımlıdır. Mən layihə ilə tanış olandan sonra, plenar iclasda öz sözümüzü söyləyəcəyəm. Düzdür, layihə ilə tam tanış deyiləm. Amma dünən bununla bağlı televiziyada qısa da olsa informasiya əldə edə bilmişəm və qanunlayihəsi haqqında ümumi təsəvvürüm var. Hər halda onu deyə bilərəm ki, bu layihə bir çox vacib məqamlara toxunmaq iqtidarında olan bir qanun layihəsidir”.

COMMENTS