Astara sakini bıçaqlanıb

Astarada bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Vaqo kəndində qeydə alınıb.

Kənd sakini Elşad Seyidağa oğlu Qasımov naməlum şəraitdə 10-a yaxın bıçaq yarası alıb. Bədəninin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS