Astarada dəhşətli qətl: Qonağı öldürüb evini yandırdı

Astarada dəhşətli qətl: Qonağı öldürüb evini yandırdı

Astara rayonunun Şiyəkəran kəndində 1 nəfərin ölməsi ilə nəticələnən yanğın hadisəsinin təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, ümumi sahəsi 112 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanmış və oradan 1961-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilmişdi.

İlkin araşdırmalar zamanı Cabir Əliyevin öldürüldüyü və daha sonra evin yandırıldığı üzə çıxıb. Belə ki, dekabrın 7-də ev sahibi Əliyev Sadiq Novruz oğlu C.Əliyevi evinə dəvət edib və orada aralarında mübahisə yaranıb. Bu zaman S.Əliyev həmyerlisinə odun parçası və bıçaqla zərbələr endirərək onu öldürüb. Ev sahibi hadisədən bir gün sonra evdəki sobaya təpiklə zərbə endirib və yanğın baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər Cabir Əliyevin meyitini aşkarlayıb.

DOSYE.ORG

COMMENTS