Astarada gəlinlər arasında dava düşüb – Onlardan biri bıçaqlanaraq öldürülüb

Astarada gəlinlər arasında dava düşüb – Onlardan biri bıçaqlanaraq öldürülüb

Astarada gəlinlərdən biri digərini bıçaqlayaraq öldürüb. 

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə rayonun Şəmətük kəndində baş verib.

Belə ki, ailədə iki qadın arasında yaranan münaqişə zamanı Gülçöhrə adlı gəlinin həyat yoldaşının qardaşı arvadı olan Mehribana bıçaq xəsarət yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həkimlərin səyinə baxmayaraq bir neçə dəqiqə sonar ölüb.

DOSYE.ORG

COMMENTS