Astara rayon Təhsil şöbəsinin müdiri Qızbəst Məmmədova H.Əliyev prospektində yerləşən 1 saylı şəhər tam orta məktəbinin futbol meydançasını iş adamı İlham Babayevə icarəyə verib
İlham Babayev həmin sahədən işlətdiyi “Gənclik” sadlıq sarayının avtomobil dayanacağıı kimi istifadə edir.
Məlumat üçün qeyd edək ki, adı çəkilən “Gənclik” şadlıq sarayı da bir neçə il əvvəl himayədarların köməyi ilə rayon mərkəzi poçtunun ərazisində tikilib və bu hadisənin rayonda yol açdığı narazlıq bu günə qədər davam edir. Poçtun həyətini qeyri qanuni alaraq şadlıq sarayı tikdirən iş adamı indi də məktəb meydançasına göz dikib.
Verilən məlumata görə, rayon sakinlərinin bu məsələ ilə bağlı səs küy salmasından ehtiyyad edən Qızbəst Məmmədova sahibkara bildirib ki, rayonda futbol meydançası ilə bağlı sakitlik yaranan kimi Dövlət Əmlak Komitəsi ilə razılaşıb həmin ərazinin birbaşa satışını da təşkil edəcək.
Maraqlısı budur ki, məktəb meydançasının iş adamına satılmasından rayon icra hakimiyyətinin xəbəri olsada yetkililər nədənsə susurlar.
Baş verən hadisədən xəbərdar olan rayon sakinəri isə məktəb ərazisinin qeyri qanuni satılmasına qarşı ciddi etiraz edirlər. Onlar hələlik məlumatı mətbuata ötürərək məsələni ictimailəşdirməklə problemin öz həllini tapmasına ümid bəsləyirlər. Bu ümidlər özünü doğrultmasa ölkə rəhbərliyini məlumatlandırmaq üçün imza toplanacağı xəbəri verilir.
COMMENTS