Astarada narkomaniyaya qarşı mübarizə gücləndirilib

“Astara rayonun da həyat öz axarı ilə davam edir..”. Bu sözləri dosye.org-a açıqlamasında rayon sakini Elburus Ağayev bildirib.

Cənub bölgəsinin dilbər güşələrindən sayılann Astara rayonu təbiət baxımından ən öndə gedən rayonlardandır. Meşə və Xəzər dənizin əhatəsində olan Astara rayonu hər zaman qonağpərvərliyi ilə seçilib. Lakin sağalmaz xəstəliklərdən sayılan narkomaniya Atara rayonundan da vaz keçməmişdir.

Rayona ezam olunan əməkdaşımızın verdiyi məlumatlara görə, rayona təyin olunan polis rəisi Adil Həsənov narkomaniyaya qarşı amansız mübarizə aparır. Məhz onun bu canfəşanlığı rayon sakinləri tərəfindən yüksək qiymətləndirilir. Ağsaqqallar, ağbirçəklər bizimlə söhbət zamanı bir daha vurğuladılar ki, Astara rayon Polis Rəisi Adil Həsənov təyin olunan gündən vəziyyət müsbətə doğru dəyişməyə başlayıb. Cinayətkarlıq isə demək olar ki, günü- gündən azalır…

Məlum məsələdir ki, dünyanın bütün ölkələrində narkomaniyanın yayılmaması üçün tədbirlər görülür. Ölkəmizdə isə bir neçə il bundan əvvəl statistika cənub bölgəsinin lehinə işləmirdi. Bu işdə hüquq mühafizə orqanlarına yaxından köməklik göstərmək, onlara dəstək olmaq hər birimizin borcu idi. Bütün bunların qarşısını almaq üçün Daxili İşlər Naziri, eneral-polkovnik Ramil Usubov, Astara rayonuna polis rəisi Adil Həsənovu təyin etdi. 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini işlədiyi dövürdən qanun alilliyini hər zaman rəhbər tutun Adil Həsənov dövlətə və dövlətçiliyə sadiq olan eyni zaman da polis orqanlarında çalışan polis polkovnikidir. Cənab nazirin etimadını doğruldan Adil həsənov bundan sonra da vətənə ləyaqətlə xidmət edəcək.

Dosye.org

COMMENTS