ATƏT-in monitorinq qrupu şikayət edib

Ekspertlər Donetskdə üsyançıların ehtiyatında da ağır hərbi texnika müşhidə ediblər
Ukraynanın Donbas regionunda hökumət qüvvələri ilə ruspərəst üsyançıların təmas xəttində monitorinq aparan ATƏT ekspertləri Donetskin Novoamrosiivke kəndində üsyançıların ehtiyatında ağır hərbi texnikanın qaldığını müşhidə ediblər. Müşahidəçilər üsyançıların tankların, zirehli hərbiçi daşıyıcılarının silahla təchiz olunduğunu deyiblər.

Minsk razılaşmasına əsasən, ağır artilleriyanın təmas xəttindən 50 kilometr geri çəkilməsi əsas şərtlərdən biri kimi qəbul edilmişdi.

Müşahidəçilər qeyd ediblər ki, hər iki tərəf də atəşkəs razılaşmasının şərtlərinə etinasız yanaşır və belə davam edəcəyi təqdirdə münaqişələr yenidən şiddətlənə bilər.

Beynəlxalq İnsan Haqları müşahidəçiləri isə, üsyançıların Donbas regionunda törətdiyi zorakılıqlar barədə yeni faktlar üzə çıxarıb. Təşkilatın məruzəsində qeyd olunur ki, yanvar və fevral ayında üsyançılar bəzi yaşayış məntəqələri yaxınlığında kasset tipli silahlardan istifadə ediblər.

Bu cür mərmilər bir neçə dəfə parçalanma xüsusiyyətinə malik olduğu üçün genişmiqyaslı dağıntılara səbəb olub. Bu silahlardan istifadə müharibə cinayəti hesab olunur.

Belçikanın paytaxtı Brüsseldə Avropa liderlərinin sammiti baş tutub. Almaniya kansleri iclasın yekununda çıxışı zamanı Rusiyaya qarşı sanksiyaların saxlanılacağını deyib.

“Təkcə Ukraynanın ərazi bütövlüyünün təmin olunduğundan əmin olduğumuz halda Rusiyaya qarşı sanksiyaları aradan qaldıra bilərik. Bu, tərəflər arasında sülhə nail olmaq üçün stimulverici amildir” – deyə Anqela Merkel bildirib.

Ukrayna münaqişəsi zamanı 6 mindən çox insan ölüb.

COMMENTS