ATƏT rəsmisi Martin Saydik görüşlərin konstruktiv keçdiyini deyib.
ATƏT-in təmas qrupu Ukraynanın şərqində özlərini Donetsk Xalq Respublikası elan edən üsyançı qruplaşma üzvləri ilə danışıqlara başlayıb. Ötən gün Belarusun paytaxtı Minskdə tərəflər arasında danışıqlar olub. ATƏT rəsmisi Martin Saydik görüşlərin konstruktiv keçdiyini deyib.
Martin Saydik:
“İclasda iqtisadi məsələlər üzrə qrup su təchizatı, mobil bank xidməti və təqaüdlərin ödənilməsi məsələlərinə dair müzakirə apardılar. Eyni zamanda, Şirokino şəhərində hərbi təhlükəsizlik məsələləri və çapı 100 millimetrdən çox olan silahların təmas xəttindən kənarlaşdırılması barədə müzakirə getdi. Ümid edirik ki, növbəti dəfə artıq bu barədə qərarlar qəbul edə biləcək” – deyə ATƏT rəsmisi bildirib.
Münaqişə bölgəsində iriçaplı silahlar
Görüşdə, eyni zamanda, Ukrayna hərbi qüvvələri ilə üsyançılar arasında gedən döyüşlər zamanı əsir düşən şəxslərin azadlığa buraxılması məsələləri müzakirə olunub. Tərəflər iki həftə ərzində əsirlərin buraxılmasına nail olmağa çalışacaqlar.
Məlumata görə, ötən gün Ukrayna hərbi qüvvələri Şirokino şəhəri yaxınlığında üsyançıların mövqelərinə atəş açıblar. Atışma zamanı insan itkisi baş verməsə də, bir neçə kənddə dağıntılar qeydə alınıb.
COMMENTS