ATV-nin həbs olunan əməkdaşı ilə bağlı açıqlama

Bu gün saytımızda “Aparıcıya 3 il həbs kəsildi” adlı başlıqla dərc edilən yazıyla bağlı ATV televizyası rəsmi açıqlama verib.

“Qafqazinfo” açıqlamanı olduğu kimi təqdim edir:

“13.08.14 tarixdə “Aparıcıya 3 il həbs kəsildi” başlığı yaziyla bağlı aşağıdakıları açıqlamağı vacib sayırıq:

Nəql olunan hadisə 2011-ci ildə baş verib. Hadisə ilə bağlı məhkəmə qərarı ilə lazımı cəza tətbiq olunub. Yəni, məsələ qanun çərçivəsində həllini tapıb. Bu, ehtyatsızlıqdan baş vermiş hadisədir və hər kəsin başına gələ biləcək bir işdir. Təəsüf ki, kimsə bu cür hadisələrdən sığortalanmayıb.

Tunay Əliyeva hal-hazırda “Region TV”-nin “Avtodrom” verilişinin aparıcısıdır. Bundan öncə isə T. Əliyeva 2011-2013-cü illər ərzində “Space” telekanalında “Hava proqnozu”nun aparıcısı, daha sonra isə müxtəlif seriallarda aktrisa kimi çıxış edib. O, ATV-nin “Aydın səs” layihəsinə ikinci aparıcı kimi, layihənin ssenarisinə uyğun olaraq həm də “fərqli düşünən iştirakçı” kimi dəvət olunub. Layihənin müddəti 2 aydır”.

COMMENTS