Top.Mail.Ru

“Ətrafımızdakı insanların hələ də Autizm haqqında maariflənməyə ehtiyacı vardır”-Raidə Nəcəfova (Defektoloq-loqoped)

“Ətrafımızdakı insanların hələ də Autizm haqqında maariflənməyə ehtiyacı vardır”-Raidə Nəcəfova (Defektoloq-loqoped)

Autizm nədir? Sualını versək hər 5 insandan 3-ü – bilmirəm deyə cavab verəcəkdir. Heç bir səbəb olmadan əsəbləşən, qışqıran, ağlayan, aqressiv reaksiya göstərən, ünsiyyət qurma problemi olan autistik uşaqlar cəmiyyətdə çox əziyyət çəkirlər.
Elmi ədəbiyyata “Autizm ” termini 1911-ci ildən İsveçrə psixiatrı Eugen Bleuler tərəfindən gətirilmişdir.
“Autos” (özüm) yunan sözündən götürülmüşdür. Müasir dövrdə də işlənməkdədir. Erkən  Uşaq Autizm terminini 1943- cu ildə Amerikalı psixiatr Leo Kanner
Vermişdir.
Aprel ayı Ümumdünya Autizm Maarifləndirmə ayı kimi qeyd olunur. Bu işdə loqoped, pedaqoq, psixoloqlar valideynləri, digər insanları maarifləndirməyi hər zaman diqqət mərkəzində saxlayırlar.
Autizm yaranma səbəbləri elmə məlum olmadığı kimi, mualicəsi də tapılmayıb. İstifadə olunan preparatlar diqqətin artırılmasına, hiperaktivliyin azalmasına kömək edir.
Keçdiyim məşğələrədə apardığım müşahidələr nəticəsində bələ qənaətə gəlmişəm ki, Autizmli uşaqlar sevgiyə,  ünsiyyətə möhtac, öyrənməyə açıq uşaqlardır. Səbrlə, sevgi ilə yanaşdıqda Autizmli  uşaqlar nə qədər aqressiv olsalar belə,  zaman keçdikcə bu problem aradan qalxır,  təlim – terbiyyə prosesi uğurla nəticələnir. Erkən dioqnoz və müntəzəm davam edən məşğələlər nəticəsində Autizmli usaqlarin cəmiyyətə adaptasiyası mümkün olmuşdur.
Autizmin spektr pozuntuları:
+Autizm
+Asperger sindromu
+Rett sindromu
+Uşaqlıq dezinteqrativ pozuntu
+Atipik autizm
+Kanner sindromu…
Autizmin simptomları bunlardır:
Sosial munasibətdə pozğunluq
Nitq və unsiyyətdə pozğunluq
Təxəyyüldə pozğunluq
 Autistik uşaqların bəziləri üstün zəkalı ola bilərlər. Bəzən Autistik uşaq ilə Mutizmli uşağı səhf də salirlar. Çunki bələ uşaqlarla ünsiyyət qurmaq çətin olur. Amma Autistik uşaqlar anlamada çətinlik çəkirlər.
Autizmli usaqlar:
*Sosial mühitə çətin uyğunlaşır.
* Göz ilə təmasdan qaçırlar
* Dostları, yaşıdları ilə neçə oynamaq lazım olduğunu bilmir, onlara dişləyərək zərər vərə bilərlər.
*Özlərinə bələ ziyan vərə bilərlər.
* Səbəbsiz yərə gülüb , səbəbsiz yerə ağlaya bilərlər.
*Diqqətsiz hərəkətlər edib, təhlükəni hiss eləmirlər.
*Bəziləri ağrı hiss eləmir, bəziləri ağrıya dözümsüz olurlar.
*Heyvanlarla rəftarı bilmirlər.
*Saatlarla bir oyuncaq ilə oynaya, eyni pilləkəndən çıxıb- düşərlər.
* Heç kəsi anlaya bilməz, çox əsbi ola bilərlər.
* Özlərinə məxsus hərəkətlərlə ətrafdakıları rahatsız edərlər.
*Bəzən danışmaqda, sözlü ünsiyyətdə çətinlik çəkərlər.
* İşarə barmaqları ilə göstərməkdə çətinlik çəkərlər.
*Bəzən sözləri və söz birləşmələrini təkrarlayarlar. Fikirlərini rahatlıqla ifadə ede bilməzlər.
*Bəzən özlərindən üçüncü şəxs kimi danışarlar.
* Göz ilə ünsiyyətdən çəkinər, istədiklərini başqalarının əli ilə edərlər.
* Bəziləri heç nə yemək istəməz, bəziləri isə nə oldu yeyərlər.
*Səslərə, iylərə qarşı çox həssasdırlar.
* Çağıranda eşitməməzlik edər, cavab verməzlər.
*Bəzən heç kimə qarışmaz, öz aləmlərində olarlar.
Günümüzdə kifayət qədər Autizmli uşaqlar var. Təəssüflər olsun ki, bu haqda anlayışı olmayan insanlar belə uşaqları tərbiyyəsiz adlandırır, valideynlerini qınayır, onlara iradlarını bildirilər.
Autizm dioqnozu nə qədər tez qoyulsa, onların nitqlərində də irəliləyişlər olacaqdır. Nə qədər tez danışmağa nail olsaq, o qədər tez özlərini sərbəst ifadə ede biləcək, öz tələbatlarını, istəklərini sözlə, əlaqəli nitqlə sərbəst ifadə edəcəklər. Uşaq bağçalarında, inkişaf mərkəzlərində loqoped, psixo- pedaqoqlar tərəfindən aparılan   kollektiv oyunlar, fərdi və qrup məşğələləri autizmli uşaqların sosial adaptasiyasına, özünəxidmət bacarıqlarına, bu kimi inkişaf proseslərinə bilavasitə kömək edir.
Unutmayaq ki, Autizm xəsdəlik yox, fərqlilikdir.

DOSYE.ORG

COMMENTS