Avropa Birliyi İranla enerji dialoquna başlayır

Avropa Komissiyası Tehranla yüksək səviyyədə energetik dialoqun bərpasına razıdır, əgər bunun üçün müvafiq şərtlər təmin olunarsa.

Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, bu barədə energetika üzrə Avropa komissarı Arias Kanyete bildirib.

“Əgər lazımi şərtlər varsa, Komissiya təmaslarla bağlı razılığa gələcək və biz energetika üzrə yüksək səviyyədə dialoqu bərpa edəcəyik. Avropa Birliyi ilə İran arasında əməkdaşlıq çox mühüm ola bilər” – deyib komissar.

Onun sözlərinə görə, “İran əleyhinə sanksiyalarının ləğvi dünya energetik bazarı üçün ciddi nəticələr doğuracaq və Avropa sənayesi və təhlükəsiz çatdırılmalar üçün böyük imkanlar açacaq.

“Bu isə Avropa Birliyinə satıcılarımızı şaxələndirməyə kömək edəcək. İran nefti Avropa Birliyi bazarına yetişəndə bu, əlavə müsbət nəticələr doğuracaq, hətta qiymət əmələgəlmə prosesi mürəkkəb olsa belə, qiymətləri cilovlamaq baxımından əhəmiyyətli olacaq” – qeyd edib Kanyete.

COMMENTS