Avropada dəhşətli istilər

Fransada və Almaniyada havanın temperaturu 40 dərəcəyə çatır. İtaliya və İspaniyada da şiddətli istilər hökm sürür.

Buna Saxara səhrasından əsən küləklərin səbəb olduğu bildirilir. Bu barədə Trend Euronews kanalına istinadən xəbər verir.

Sinoptiklərin məlumatına görə, Almaniya üzərində yerləşən böyük antisiklon Atlantikadan təmiz dəniz havasının daxil olmasına maneçilik törədir.

COMMENTS