Avropa oyunlarının açılışında iştirak edəcək daha bir ölkə rəsmisi Bakıdadır

Latviya parlamentinin sədr müavini Azərbaycana gəlib

Daha bir ölkənin rəsmi nümayəndəsi I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıda səfərdədir.

ANS PRESS-in məlumatına görə, Latviya Respublikası parlamentinin sədr müavini Andrey Klementyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün bu gecə Azərbaycana gəlib.

Qeyd edək ki, sabah Bakıda I Avropa Oyunlarının rəsmi açılış mərasimi olacaq. Açılışda bir çox ölkə rəhbəri və onların nümayəndələri iştirak edəcək.

COMMENTS