Avropa Oyunlarının məşəli Bakıya gəldi

Ölkəmizi gəzib dolaşan I Avropa Oyunlarının məşəli bölgələrdə səyahətini başa vurduqdan sonra nəhayət ki, Bakıya gəlib. ANS TV-nin məlumatına görə, Avropa Oyunlarının məşəli Neft Daşlarından dəniz vasitəsilə paytaxta gətirilib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev məşəli Dənizkənarı Milli Parkda qəbul edib. Məşəli prezidentə neftçi Mahir Nuriyev təqdim edib. Keçirilən tədbirdə ölkənin birinci xanımı Mehriban Əliyeva da iştirak edib.
Məşəl paytaxt sakinləri və qonaqların böyük coşqusu ilə qəbul edilib. Alqış sədaları altında ölkə başçısı İlham Əliyev məşəli II dünya müharibəsi veteranı Fatma Səttarovaya təqdim edib.

COMMENTS