Avropa saytı: “Ermənistanın işğalçılıq siyasəti Avropanı təhlükəyə sürükləyir”

Avropa saytı: “Ermənistanın işğalçılıq siyasəti Avropanı təhlükəyə sürükləyir”

”EU Today”: “Rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq xarakter verməyə çalışır”

Sentyabrın 27-də Ermənistanla Azərbaycan arasında mövcud olan kövrək atəşkəs bədnam qonşumuzun əndazəni aşan iddiaları ucbatından pozuldu, savaş yenidən vüsət aldı. Elə o vaxtdan da hər gün dünyanın ən böyük xəbər agentlikləri, media mərkəzləri Cənubi Qafqazda baş verən olaylarla bağlı müxtəlif məlumatlar yayırlar. İşğal altında olan torpaqlarımızda baş verənlər artıq dünyanın gündəminə oturub.

Jurnalist olaraq Qərb mətbuatında ingilis və alman dillərində Azərbaycan haqqında gedən yazıları diqqətdə saxlamağa çalışıram.
İndiyə qədər vətənimizlə bağlı onlarla bu kimi yazını “Yeni Müsavat”ın oxucularına təqdim etmişəm. Son illərdə heç vaxt Azərbaycan haqqında dünya çapında bu qədər xəbər, ümumiyyətlə, informasiya yayılmayıb. Hətta Afrika, Asiya, Latın Amerikası kimi ölkələrdə də bu məsələ aktuallıq qazanıb.

Onu da vurğulayım ki, Dağlıq Qarabağ problemi təkcə Azərbaycanın yox, həm də bütün dünyanın problemidir. Çünki dünyada mövcud olan iki yüzdən bir qədər çox dövlətin ən azı 90 faizi separatizmdən əziyyət çəkir. Şübhəsiz ki, bu amil də Ermənistan-Azərbaycan savaşına xüsusi maraq yaradır.

Ermənistan öz istəyi ilə Dağlıq Qarabağ və ətraf rayonları tərk etməyəcək”  - SİYASİ ŞƏRHÇİ - Günün Səsi

Dəfələrlə vurğuladığımız kimi, Ermənistan-Azərbaycan savaşı həm də media müstəvisində gedir. Təbliğat müharibəsi hazırda ən pik nöqtədədir. Bu müstəvidə də Azərbaycan ciddi uğurlar qazanıb. Xüsusən, Azərbaycan prezidenti İlham Əliyevin xarici TV-lərə verdiyi müsahibələr geniş rezonans doğurub. Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə xüsusi məharətlə çatdırılması beynəlxalq səviyyədə ölkəmizə olan münasibətdə müsbət tendensiyaların daha qabarıq şəkildə ortaya çıxmasına səbəb olub.

Ötən əsrin 90-cı illərində bədnam qonşularımız təbliğat sahəsində ciddi üstünlüyə malik idi. İş o yerə çatmışdı ki, ABŞ kimi demokratik ölkə torpaqları işğal olan Azərbaycana absurd hesab oluna biləcək 907-ci düzəliş tətbiq etmişdi.
Xeyli müddətdir ki, bu tendensiya iflasa uğrayıb. Daha Qərb ölkələri Azərbaycanla bağlı obyektiv mövqe sərgiləyirlər. Bu müstəvidə ciddi uğurlar qazanmaq üçün xeyli imkanlar var. İngilis, fransız, alman, rus…dilli jurnalistlərimiz bu sahədə ciddi uğurlara imza atırlar.

Bu yazıda belə nümunələrdən birini diqqətinizə çatdıracağıq.

“EU Today” saytı 2014-cü ildən fəaliyyətdədir. Mərkəzi ofisi Londonda yerləşir, siyasi baxımdan neytral və müstəqil mətbuat orqanı kimi tanınır.

“Vision of Azerbaijan” jurnalının redaktoru və “Qafqazdakı erməni məsələsi” və “Xocalı faciəsi: beynəlxalq baxış” adlı kitabların müəllifi Taleh Bağıyev “EU Today” saytında geniş məqalə ilə çıxış edib. “Armenia’s military escalation in Nagorno-Karabakh: a major threat to European security” (Ermənistanın Dağlıq Qarabağda hərbi eskalasiyası: Avropanın təhlükəsizliyi üçün böyük bir təhdiddir) adlı məqalədə problemin kökündə dayanan işğal faktı bəli arqumentlərə istinadən ortaya qoyulur.

27 sentyabrdan başlayaraq Dağlıq Qarabagda mövcud olmuş təmas xəttində və onun hüdudlarından kənarda genişmiqyaslı hərbi əməliyyat gedir. Taleh Bağıyev qeyd edir ki, təxminən 30 il əvvəl Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon Ermənistan tərəfindən işğal edilib. Hazırda davam edən müharibə təkcə regional təhlükəsizliyi deyil, həm də Avropada təhlükəsizliyi zərbə altında qoyub. Geosiyasi sabitlik ciddi təhdidlə üzləşib.

Məqalədə deyilir: “Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, ölkəmiz beynəlxalq səviyyədə tanınmış suveren ərazisi daxilində, yəni “öz torpaqlarında” ərazi bütövlüyünü bərpa etməyə çalışır və bir milyona yaxın qaçqın və məcburi köçkünün doğma torpaqlarına qayıtması üçün mübarizə aparır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrinə baxmayaraq Ermənistan silahlı qüvvələrinin dərhal geri çəkilməsi ilə bağlı tələblərə məhəl qoymur. 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycan ərazilərinin 20% -i Ermənistanın işğalı altındadır”.

30 ilə yaxındır ki, Ermənistan beynəlxalq hüquqa görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, üstəlik, Cenevrə Konvensiyasının 49-cu maddəsini pozaraq xaricdə yaşayan erməniləri, xüsusən Suriya və Livandan gələnləri işğal olunmuş ərazilərədə məskunlaşdırb.

Müəllif qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi zonasından 100 km şimalda yerləşən Gəncə şəhəri raket hücumuna məruz qalıb. Gəncə ilə yanaşı, Xızı, Mingəçevir, Tərtər, Horadiz, Beyləqan, Bərdə və Abşeron yarımadası raket atəşinə tutulub. Nəticədə çoxsaylı mülki şəxslər ölüb və onlarla yaralı var. Məqalədə Ermənistanın Azərbaycana qarşı apardığı təbliğat müharibəsinə də toxunulur. Vurğulanır ki, bədnam qonşumuz dezinformasiya yaymaqla ölkəmizin beynəlxalq imicinə xələl gətirməyə çalışır.
12-14 iyul tarixlərində Ermənistan silahlı qüvvələri işğal olunmuş Dağlıq Qarabağ ərazilərindən 300 km. şimalda, Azərbaycan-Ermənistan sərhədindəki Tovuz bölgəsində Azərbaycan mövqelərinə artilleriya atəşi açması nəticəsində 12 azərbaycanlı hərbçi və 76 yaşlı mülki şəxsi ölüb.

BMT tribunasından görünməmiş erməni həyasızlığı -Bakıdan reaksiyalar

Ermənistan Baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır, nöqtə”, bəyanatı, Ermənistanın müdafiə naziri David Tonayanın “yeni ərazilər üçün yeni müharibə” doktrinasının münaqişənin sərhədlərini daha da genişləndirməyə çalışdığına diqqət çəkilir. Ermənistanın Rusiyanı, bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etməklə problemə beynəlxalq xarakter verməyə salışır.

Ermənistan Azərbaycanın strateji infrastrukturlarını məhv etməyə çalışır. Həmin infrastrukturlar üzərindən isə Avropaya Azərbaycanın nefti və qaz daşınır. Ermənistanın bu cəhdi Avropanın enerji təhlükəsizliyini təhlükəyə atır.

Prezident İlham Əliyev: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə  bağlı bir addım geri atmayacağıq

Ermənistanın 2007-ci ildən bəri danışıqlar üçün əsas götürülən Madrid prinsiplərini rədd etməsi və danışıqlar formatını dəyişdirmək cəhdi prezident İlham Əliyevin danışıqlara konstruktiv yanaşmasından tamamilə fərqlənir. Çox konfessiyalı və etnik baxımdan zəngin olan Azərbaycan bölgədə tolerantlıq modeli olaraq tanınır. Ləzgi, rus, talış, tat və yəhudilər kimi etnik azlıq olan ermənilər onsuz da Azərbaycanın digər bölgələrində dinc və rahat yaşayırlar.

Elbəyi Həsənli, Sürix

COMMENTS