Avstraliyanın baş naziri: “Mən Putinə hücum edəcəm”

Avstraliyanın baş naziri Toni Ebot gələn ay ölkəsində keçiriləcək “Böyük iyirmilik” sammitində iştirak edəcək Rusiyanın prezidenti Vladimir Putinlə sərt danışacağını bildirib.

 

Dosye.org  xarici mətbuata istinadən xəbər verir ki, hökumət başçısı sammit çərçivəsindəki görüş zamanı Donetsk səmasında vurulan və 298 sərnişinin ölümünə səbəb olan “Boing” təyyarəsinin qəzaya uğrama səbəbləri ilə bağlı araşdırmada Vladimir Putindən yardım istəyəcəyini söyləyib.

“Mən cənab Putinə hücum edəcəyəm, buna əmin ola bilərsiniz” , – deyə o, Putinlə görüşün sərt keçəcəyinə işarə vurub. Sammit noyabrın 15-16-da Avstraliyanın Brisben şəhərində keçiriləcək.

Malayziyaya məxsus “Boing” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 298 sərnişindən 38-i Avstraliya vətəndaş olub.

COMMENTS