Avstriyada qar uçqunu 3 turistin həyatına son qoydu

Avstriyada qar uçqunu 3 turistin həyatına son qoydu

Avstriyada yağan güclü qar 3 xizəkçinin həyatına son qoyub.

Dosye.org xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində daha 4 nəfər itkin düşüb.

Məlumata görə yağan qar uçquna səbəb olub. Ölənlər qar uçqunun altında qalan 2 Almaniya və 1 Sloveniya vətəndaşlarıdır.

Qeyd edək ki, Avstriyada qarlı hava şəraiti ötən həftədən davam edir. Ölkənin mərkəzi və şimal rayonlarında qarın hündürlüyü 1,5 metrə çatıb.

Qarlı hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır.

Dosye.org

COMMENTS