Avtobusda qadınlar saçyolduya çıxdı

Ötən gün Bakıda sərnişin avtobusunda dava düşüb.

 

ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, dünən saat 16 radələrində 18 saylı avtobusda iki qadın yer üstündə saçyolduya çıxıb. Avtobusda yaşı 50 və 60 olan iki qadın ilk öncə oturmaq üstündə mübahisə etməyə başlayıb.

Qadınlardan bir oturmaq istədiyi vaxt digər xanım ona irad tutub. “Kənardan məni itələyib, oturmaq istəyirsən. Yaşda da mən səndən böyüyəm. Utanmırsan, qanacağın olsun”, – deyə 60 yaşlı qadın qışqırıb. Digər qadın bunu eşidən kimi əsəbləşib və həmkarını təhqir etməyə başlayıb: “Qoca arvadsan, ölmürsən, yer üstündə dava salırsan? Get yıxıl öl, it qızı!”. Həmcinsinin təhqirinə dözə bilməyən 60 yaşlı qadın onun saçından tutub və vurmağa başlayıb: “Mən müharibə veteranıyam. Mənə hörmət etməkdən ağzına gələni danışırsan. Səni əzərəm!”, – deyə qadın həmkarının cavabını verib.

Avtobusda olan digər sərnişinlər qadınları çətinliklə sakitləşdiriblər. Qarşıda oturan orta yaşlı kişi müharibə veteranı olduğunu deyən qadına yer verib.

COMMENTS