AXCP üzvü 30 sutka azadlıqdan məhrum edildi

Ənvər Hüseynli ictimai yerdə xırda xuliqanlıq etdiyi üçün barəsində 30 gün müddətinə inzibati həbs tətbiq olunub

Bu barədə məlumatı AXCP sədrinin müavini Əbülfəz Qurbanlı öz Facebook səhifəsində yayıb.

Onun Meydan TV-yə bildirdiyinə görə, partiyanın Saatlı rayon təşkilatının Gənclər Komitəsinin sədri Ənvər Hüseynli iyunun 8-də həbs olunub: “Ənvər bəy dünən axşam saatlarında Saatlı Rayon Polis Şöbəsinə aparılaraq saxlanılıb. Bu gün isə Saatlı Rayon Məhkəməsinin qərarı ilə ona 30 sutka həbs cəzası verilib. Guya, ictimai yerdə qaydaları pozmaqda ittiham olunsa da əslində sosial şəbəkədəki fəaliyyəti ilə bağlı tənbeh olunub. Halbuki, bu həbs Ənvər bəyin siyasi fəaliyyəti ilə bağlıdır”.

Saatlı Rayon Məhkəməsindən isə virtualaz.org saytına bildirdilər ki, Ənvər Hüseynli İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən ictimai yerdə xırda xuliqanlıq etdiyi üçün barəsində 30 gün müddətinə inzibati həbs tətbiq olunub.

COMMENTS