“Axı nə üçün qeyd etmir ki, M. Sadıqov işlədiyi gündən bu günə kimi dövlətə və dövlətçiliyə xidmət edib”- Elman Nigaran

“Axı nə üçün qeyd etmir ki, M. Sadıqov işlədiyi gündən bu günə kimi dövlətə və dövlətçiliyə xidmət edib”- Elman Nigaran

Son günlər diqqətimi çəkən İsmayllı RİH başçısı Mirdaməd Sadıqovla bağlı internet mediasında yayımlanan məqalələrdir.

Anonim xəbərlərin hardan və necə saytlara ötürülməsi sözün həqiqi mənasında mənim üçün maraqlı deyil. Ən azından məlum məsələdir ki, anonimli informasiyaların 99%-i böhtan, iftira və şantajdır. KİV qanunlarına əsasən kinliyindən aslı olmayaraq barəsində məlumat daxil olubsa, dərhal qarşı tərəfin mövqeyi nəzərə alınmalıdır. Lakin bu gün xəbər saytları nə qarşı tərəfin mövqeyini dinləyir,nə də məlumatı ötürən şəxsin kimliyini müəyyənləşdirir.

Elə bu səbəbdən icra başçıları və digər məmurlar ilə jurnaistlər arasında ciddi problemlər yaranır. Əslində, mənbənin kimliyi qisməndə olsa sayt rəhbərinə bəlli olmalıdır. Görünür, İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovun rayonda gördüyü təqdirəlayiq işlər bəzi şəxsləri yaman qıcıqlandırıb. “Etibarlı mənbə” etibarlığını sübüt etmək üçün yazdığı “faktların” birni sübüt etməlidir. Bizim dəfələrlə rayon sakinləri ilə görüşlərimiz olub. Görüş zamanı sakinlər ötən günləri xatırlayanda bir daha el ağsaqqalı Mirdaməd müəllimə dərin təşəkkürlərini bildirdilər. Adını xatırlamadığım İsmayıllı sakini saytlarda yayımlanan böhtan xarakterli məqalələrin sifaişli olduğunu və bundan heç narahat olmadıqlarını diqqətimizə çatdırdılar.

Etiraf etmək lazımdır ki, cənab prezident İlham Əliyevin zamanında İsmayıllı rayonuna M. Sadıqovu təyin etdi. Və bundan sonra rayonda əminamanlıq, sakinlərin sosial problemlərinin həlli yolu istiqamətində işlər görülməyə başladı. Az müddət ərzində Mirdaməd müəllim, İsmayıllıların problemlərini həll etməklə yanaşı vaxtaşarı qəbullər keçirirdı. Bütün bunları görməmək insanı baxımından ədalətsizlikdir. İcra başçısı haqqında “rəngarəngli” başlıqlı məqalələr isə birbaşa sifarli və böhtandır. Saytlar yazır ki, güya İsmayıllı RİH başçısı M. Sadıqov eks-spiker və eyni zamanda əqidəsini itirmiş Rəsul Quliyevin yaxınlarını ətrafına toplayır. Maraqlısı bilirsiniz nədir? Axı, nə üçün qeyd etmir ki, M. Sadıqov işlədiyi gündən bu günə kimi dövlətə və dövlətçiliyə xidmət edib. Axı, bu danılmaz faktı ölkə başçısı yüksək qiymətləndirib.

Digəri yazır ki, icra başçısını əvəz edəcək yeganə namizəd İsmayıllı Olimpiya İdman Kompleksi MMC-nin direktoru Tofiq Hümbətovdur. Əvvəla onu nəzərinizə çatdırım ki, R. Quliyevlə bağlı bütün suallara zamanında aydınlıq gətirilib. Bu şəxsin adını el ağsaqqalı Mirdaməd müəllimlə birgə hallandırmaq qara qüvvələrin niyyətindən xəbər verir. Lakin Olimpiya İdman Kompleksi MMC-nin direktoru Tofiq Hümbətov icra başçısı olmaq sevdası olduqca gülüncdür.

Dövlət qulluqçusu olan bir şəxsin böyük biznesə sahib olduğu və qardaşının narkotiklə həbs edilməsi də nəzərimizdən qaçmayıb. Küllü miqdarda narkotikin hardan əldə edilməsi və bu ağır cinayətdə doğma qardaşının kənarda qalması qaranlıq məqamlardan xəbər verir. Bu barədə qeydlərimiz kifayət qədərdir. Ehtimal oluna bilər ki, xəbər saytlarına ötürülən anonimli yazıların sifarişçisi məhz elə adı hallanan şəxsdir. Bu barədə araşdırmalarımız davam etdiyi üçün müəyyən detallara toxunmuruq.

Bir sözlə, İsmayıllılar öz fikirlərində qətidirlər. Onlar öz icra başçılarına inanır və ehtimad göstərirlər.

Elman Nigaran

COMMENTS