Axtarışda olan 148 nəfər TUTULDU

Axtarışda olan 148 nəfər TUTULDU

30-31 mart tarixlərində ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən  verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 101 nəfər saxlanılıb.

COMMENTS