Axtarışda olan 217 nəfər SAXLANILDI

Axtarışda olan 217 nəfər SAXLANILDI

Dekabrın  18-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən DOSYE.ORG-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 217, o cümlədən borclu şəxs qismində axtarışda olan 201 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Dekabrın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2  ədəd avtomat, 2 ədəd patron darağı,  48 ədəd müxtəlif çaplı patron və 18 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

COMMENTS