“Ay ev yiyəsi” verilişinin aparıcısı ana oldu

Lider TV-nin populyar simalarından biri, “Ay ev yiyəsi” verilişinin aparıcısı Lalə Əlimuxtarova bu gün ana olub.

“Qafqazinfo” simsar.az-a istinadən xəbər verir ki, Lalə yaşadığı hissləri bölüşüb:

“Qızım Melis dünyamı nura boyadı. Həkimlər deyir ki, çox sağlam övlad dünyaya gətirmişəm.

52 sm boyu, 3 kilo çəkisi olan körpəmin vəziyyəti MaşAllah olsun çox yaxşıdır. Allah – Təala bu sevincimdən cəmi övlad gözləyən xanımlarımıza yaşatsın”.

Lalə söylədi ki, Melisin görüntülərini yalnız 40 gününün tamamından sonra görə biləcəyik.

COMMENTS