“Ayağa qalx, Ermənistan” küçələri bağlayır

“Ayağa qalx, Ermənistan” hərəkatı mübarizənin birinci mərhələsinə başlayır. İyulun 27-31-də İrəvanın və başqa şəhərlərin əsas küçələri bağlanacaq.

Virtualaz.org saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə iyulun 17-də hərəkatin üzvləri Azadlığın meydanında keçirilən mitinqdə bildiriblər.

“Biz mübarizəmizi davam edirik, qapıda qapıya vərəqələri paylayacağıq. Biz uğur qazanacağıq” – deyə müxalif İrs Partiyasının mətbuat katibi David Sanasaryan bildirib.

Bundan sonra hərəkat konstitusiya islahatlarına qarşı mübarizəyə başlamaq niyyətindədir.

Yada salaq ki, Ermənistanda kütləvi çıxışlar elektrik enerjisinin qiymətinin 16 faiz bahalaşmasına etiraz əlaməti olaraq iyunun 19-da başlamışdı. İyunun 23-də aksiyaçılar prezidentin Baqramyan prospektindəki iqamətgahına doğru yürüş ediblər. Burada polislə toqquşam olub. Aksiya zor gücünə dağıdılıb. Yüzlərlə etirazçı saxlanıb, həbslər aparılıb.

COMMENTS