Ayaz Mütəllibov ƏMƏLİYYAT OLUNDU

Ayaz Mütəllibov ƏMƏLİYYAT OLUNDU

Azərbaycanın eks- prezidenti Ayaz Mütəllibov və xanımı Adilə Mütəllibova bir neçə gün öncə yüngül cərrrahi əməliyyata məruz qalıblar.

Bu haqda Moderator.az əməkdaşı ilə telefon bağlantısı zamanı sabiq dövlət başçısının özü məlumat verib.

“Bu günlərdə xanımım və mən yüngül əməliyyat keçirdik. Həkimlər hər ikimizin gözündə adətən yaşla bağlı əmələ gələn və “mirvari suyu”-katarakta deyilən xəstəlik yarandığını və görmə qabiliyyətimizin itməməsi üçün əməliyyatın zəruri olduğunu bildirdilər. Biz də razılaşdıq və əməliyyat olunduq… Şükür Allaha…”

Eks-prezident hazırda həm xanımının, həm də özünün görmə qabiliyyətləri və səhhətlərinin normal olduğunu bildirdi.

Xatırladaq ki, bir il öncə – 2017-ci ilin aprelində Ayaz Mütəllibovun xanımı Adilə Mütəllibova Mərkəzi Klinikada daxili orqanlarının birindən cərrahi əməliyyat keçirmişdi.

Dosye.org

COMMENTS