AYB üzvündən icra başçısına qarşı ŞOK İDDİA

“Prezidentin “Hər bir məmur xalqın xidmətçisi olmalıdır” deməsi onun hər bir məmura konkret tapşırığıdır. Çox təəssüf ki, təsadüfən vəzifə sahibi olanlar da var”.

 

Bu sözləri redaksiyamıza yolladığı məktubda Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Coşqun Lerikli yazır.

Məktub müəllifi ucqar dağ rayonu, uzun ömürlülər diyarı kimi tanınan Lerikin problemlərinin çözülməmiş qalmasına diqqət çəkir: “Bu gün Lerik özünün “inkişaf dövrünü” yaşayır. Məmurlar vəzifədən sui-istifadə edərək yaxın qohumlarını bacarığı oldu-olmadı vəzifəyə gətirirlər. Təbii ki, belə hallar ölkə prezidentinin nəzarətindən qaçmır. Onlar layiq olduqları cəzanı alırlar. Belə cəzaya layiq olanlardan bu gün özünün dağıdıcı əməlləri ilə tanınan Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, onun birinci müavini Cəlil Baxşıyev, “İnşaat” MMC-nin sədri Cavanşir Bağırov və onların havadarı, Milli Məclisin Lerik rayon üzrə deputatı İqbal Məmmədovdur. Cavanşir Bağırov Rövşən Bağırovun, Cəlil Baxışov isə İqbal Bağırovun yaxınlarıdır.

Adları çəkilən məmurlar biri-birinə arxa olub, qanunları pozurlar. “İnşaat” MMC-nin sədri Cavanşir Bağırovun “fəaliyyətsizliyindən” istifadə edib, külli miqdarda dövlət pulunu mənimsəyiblər. Rayonun Zuvand kənd ərazisinə asfalt yol çəkilməsi adı ilə 17 milyon pulu mənimsəyiblər”.

“Deputat İqbal Məmmədov dövlətin əhaliyə ayırdığı pulları mənimsəyir”
AYB üzvü yazır ki, Milli Məclisdə, aidiyyəti təşkilatlarda Lerik sakinlərinin problemini həll etməyə borclu olduğu halda, İqbal Məmmədov dövlətin vətəndaşlara, onların sosial probleminə ayırdığı pulun mənimsənilməsində birbaşa yüksək “peşəkarlıq” göstərir: “Belə adamların yerlərdə olan “sadiqləri” düşünmədən verilən tapşırıqları icra edir.

Yerli əhalinin dediyinə görə, Baxşıyevlər “sadiqlər” arasında xüsusi fərqlənirlər, insafla deyək gərək, İqbal Məmmədov da Baxşıyevlərə “qayğısını” əsirgəmir. Cəlil Baxşıyev Lerik rayon İcra Hakimiyyətinin birinci müavini, Təhmasib Baxşıyev isə Cəlilabad Qaz İstismar İdarəsinin rəisidirlər. Necə deyərlər, Baxşıyevlərin qatarı elə də gedir, belə də”.

“Baxşıyevlərin qardaşı tot olan oğlanın başını kəsib”
Məktub müəllifi müdhiş bir cinayət faktının ört-basdır olunmasından da bəhs edir: “Hətta Baxşıyevlərin bir qardaşının bir əməl, bunları qatil kimi də tanıtdırıb. Baxşıyev Mərdan toy gecəsi bəyi qətlə yetirib. O, Amburdərə kəndində Mürünbəy kişinin qızını sevirmiş. Qız isə ürəyinin hökmü ilə başqa bir oğlanı sevib. Baxşıyev Mərdan hökm edib ki, sən məni sevməlisən. Necə deyərlər, “səni sevəcəyəm, sən sevməsən də”. Nəhayət qızı başqa bir adama nişanlayıblar. Toy gecəsi Baxşıyev Mərdan bəylə görüşüb ki, bəs sən mənim sevgimi əlimdən almısan və bəyi çox amansızlıqla qətlə yetirib. Daha dəqiq, başını kəsib.

Mərdanın atası Yüzbaşı Baxşıyev vicdan əzabı çəkmədən oğlunun həbs olunmamasına çalışır. Amma qanunun aliliyi, camaatın tələbi nəticəsində Baxşıyev Mərdan həbs olunub. Yenə Baxşıyevlər böyük pul hesabına Mərdanı cəzasını tam çəkmədən azadlığa buraxdırıblar. Yerli camaat ümumiyyətlə Baxşıyevlərin rayonda yaşamasının əleyhinədirlər.

Rayon icra hakimiyyətinin birinci müavini Cəlal Baxşıyev müəyyən qohum-əqrəbalarının xahişi ilə hələ ki, rayonda yaşayır. Baxşıyev Təhmasib Cəlilabad Rayon Qaz İstismar İdarəsinin rəisi, bir qardaşları Biləsuvar rayonunda diş həkimi, Mərdan Baxşıyev isə Bakı şəhərində yaşayır.

Qeyd etmək lazımdır ki, Baxşıyevlər ailəsi cənub bölgəsində “sadiqlər”, “amansız canilər” kimi tanınırlar. Onları tanıyanlar tanıyır, tanımayanlar da tanıyacaqlar. Çünki, zaman ən yaxşı təbibdir”.

 

P.S Yazıda adı hallanan hər bir kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

COMMENTS