Top.Mail.Ru

Ayda bir dəfə geyimlərinizin astarını-üzünü, ciblərini yoxlayın, əgər kiçik bir dəlik varsa…

Ayda bir dəfə geyimlərinizin astarını-üzünü, ciblərini yoxlayın, əgər kiçik bir dəlik varsa…

Yırtıq, burnu deşikli corab kimdə yoxdur ki? Artıq bir çoxları bunu normal da qarşılayır, heç dəlikli corabından utanmır. Əsas odur, təmiz olsun.
Yırtıq corab geyinməkdə utanılası bir şey yoxdur. Amma qədimdən deşik, yırtıq corab ailədə və büdcədə maddi sıxıntı, pul itkisi və borca yozulub.
Ona görə bir çox zədəgan ailələri ən krisizli vaxtlarda belə özlərinə yeni geyim almasalar da, mütləq corabları yeniləyər, köhnə corab geyinməz, yırtıq corabı isə yamamadan atardılar.
Digər yırtılmış, dəlikli geyimləri isə mütləq tikib, düzəldib, restavrasiya etmək lazımdır.
Qədimdə və elə sovet dövründə 90% qadınlar bunu bacarırdı və çox evlərdə tikiş maşını var idi. İndi isə şkaflarda yırtıq alt geyimi, köynək, cibi dəlikli şalvarlar doludur, amma heç kim onları necə düzəltməyi bilmir
Əgər yırtılmış geyimi kiməsə verə bilmirsizsə, atmağa əliniz gəlmirsə, o zaman o yırtıq, sökük mütləq tikilməlidir.
Cırıq, yırtıq, köhnə geyimləri saxlamaq yoxsulluğu artırır, o ailə üzvlərinin gəliri az olur. Qazandıqları isə borca-xərcə gedir.
Bir çox təcrübələrə əsasən demək olar ki, evdəki yırtıq sökük geyimləri çıxaran, həmişə qüsursuz corab geyinməyə başlayan vaxtdan həmin insanın maddi vəziyyəti düzəlib.
Ona görə də ayda bir dəfə bütün geyimlərinizi astarını-üzünü, ciblərini yoxlayın. Əgər kiçik bir dəlik varsa, mütləq tikin.
Şkaflarda nimdaş, rəngi getmiş, süzülmüş, geyinməkdən utandığınız, amma hansısa məqam üçün saxladığınız bütün geyimləri evdən çıxarın.
Bu kiçik vərdiş həyatınızı çox dəyişəcək.

COMMENTS