Aydın Əhmədov şöbə müdirinə görə təhsil nazirini necə aldadıb?

Beyləqan rayonunda orta məktəb direktorlarından 1500-3000 manat arası hər məktəbə görə pul yığılaraq, olimpiya oyunlarına köməklik üçün edildiyi deyilib.

Bu pul yığım “aksiyası”nı həyata keçirən RTŞ-nin müdiri Tofiq Sadıqov yığılan pulları icra hakimiyyəti başçısına verəcəyini bildirməsi barədə məlumat vermişik. Yazı saytda yerləşdirildiyindən növbəti gün Təhsil Nazirliyinin rəsmisi Aydın Əhmədov Beyləqan RTŞ-nin müdiri Tofiq Sadıqova zəng edərək bu məsələdə təhsil naziri Mikayıl Cabbarovun məlumatlı olduğunu, ona, deyilənləri təkzibedici yalan izahat yazmasını və faks vasitəsilə göndərməsini bildirib. Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri T.Sadıqov da nazirlikdə olan himayədarının məsləhəti üzrə nazirliyə ünvanlanan izahatı yazaraq faksla göndərir. Beləliklə də Aydın Əhmədovun təhsil nazirini aldatması planı uğurla baş tutmuş olur. Təhsil şöbə müdirinə yaxın, adının çəkilməsini istəməyən şəxsin bildirdiyinə görə, bütün bu olanlar barəsində Sadıqov ona deyib.
Eyni aldatma planı paralel olaraq Prezident Administrasiyasının bu rayon üzrə “kuratoru”na da ediblər.
Mövzuya qayıdacağıq, qarşı tərəfi də dinləməyə hazırıq…
“FİA.AZ”

COMMENTS