Top.Mail.Ru

Aydın Canıyevdən qürbətdəki qızımıza duyğulu TƏBRİK: “Mən elə ata olammadım…”

Aydın Canıyevdən qürbətdəki qızımıza duyğulu TƏBRİK: “Mən elə ata olammadım…”

Aydın Canıyev 
 
Dünyada az qadın var… görmədən sevərsən, həyatına, yaşamına, lap belə əxlaqına bələd olmadan sevərsən, ona səcdələrində və dualarında … kimin yanında olmasından asılı olmayaraq, xoşbəxtlik diləyərsən Rəbbindən. O qadın sənin həyatının qadını olmaz, sevgilin heç olmaz, sən onun səsinə, yerişinə, gözünə, boy-buxununa vurulmazsan – görməmisən axı. Amma sən onu sevərsən, ona ən əzizin, doģman, qızın, bacın kimi xoşbəxtlik arzulayarsan. Niyə? Öz prinsiplərimə görə deyirəm: taleyinə vətəndən kənarda ayaq üstə durmaq zoru, ailə əxlaqı qoruma, milli qürur sərgiləmə mükəlləfiyyəti düşmüş hər bir qızımızı belə sevirəm. Bax bu gün ad gününü əvvəlcədən bildiyim, lap sonda və həm də sonrakı gün təbrik etdiyim Аygün  xanım elə qadınlardandır-qızlarımızdandır.
Mən onu ilkin olaraq, azərbaycanlı qızı kimi sevirəm. Amma onu qürbət həyatı yaşayan qızımız olmaqdan əlavə, həm də ruh adamı kimi sevirəm: şən, zarafatcıl, içi özünü, çölü özgəni yandıran nadinc, şətəl, dəlixay qızım kimi. Oldumu ikiqat sevgi?
Aygün üçqat sevdiyim YEGANƏ xanımdı – mən bu həyatda Atasını sevən, böyük tutan, dəyərləndirən hər bir qızın kiçik qardaşıyam. İlk növbədə Aygünün.
Aygün lap bu yaxınlarda dostluğùma gəlib – necəsini, niyəsini bilmirəm. Amma dostluğa qəbul edəndə səhifəsinə baxdım. Atasıyla bağlı yazmışdı statusda. Töhrad kişiyə qubtə etdim: ayrılarını ittiham etməm – mən elə ata olammadım Aygün kimi gözəl, nadinc, şətəl qızlarıma!
Sonra içimdə qübar edən suala cavab tapdım Aygünün o statusunda: əvvəlcə nadinc, şətəl, cığal qızlarının istəklərini yerinə yetirərsən, sonra qızların sevdiyi sevimli ata iddiasına düşərsən!
Aygün gözəl balamızdı: özünün dediyi kimi, deməyi, gülməyi, zarafatlaşmağı, həm də içində bir dünya sevgi olan, Ata adı gələndə varından yox olan, atasını zorla da olsa nəvələrin toyunacan iynə-dərmanla yaşadan və bu həyata əlinin dalını çevirən… gözəl balamız, qürbətdə yaşayan qızımız, rusların içində dirəşə-dirəşə ayaq üstə qalan xanım soydaşımız!
əni sevirəm, qəşəng bala!
Səni sevirəm “bava” deyib Atasını əzizləyən, sevən, bavasıyçün əldən-ayaqdan gedən qız…ımız!
Səni sevirəm, 100 millətli ölkədə AZƏRBAYCANLI qalan xanım…mız!
Səni sevirəm… Prinsessa NƏNƏ!
Səni sevirəm… görmədiyim, eşitmədiyim əziz soydaşım – qürbətdə azərbaycanlı qızı olmağın acısının nədənini qızımın taleyindən bildim.
Qızlarımıza nümunə xanım… sevdim dözümünü, qürurunu, Azərbaycana sadiq ruhunu!
Məndən çox-çox artıq yaşa! Ki… qızlarımızın Atasını sevən qızla tanış olmaq imkanı olsun!
Sənin ad gününə qəsdən gecikdim,
Mən səni bir az da cavan saxladım, – deyib Əlizadə Nuri.
Cavan qalmasan da, çox yaşa, xoşbəxt yaşa, “vay bəə, həyat varmış” deyə biləcəyin qədər…
DOSYE.ORG

COMMENTS