Xalq artisti Aygün Kazımova Teleqraf.com-un suallarını cavablandırıb.
– Aygün xanım, “Zima” festivalında iştirak edəcəksiniz?
– Bəli, ölkəmizdə bu cür layihələrin baş tutması çox vacibdir. Sənət həyatımda Vaqif Gərayzadənin məsləhətləri çox önəmli oldu və heç vaxt onları unutmaq olmaz. Mən bilirdim ki, ulduz olacam. 80-ci illərin sonunda “Bakı payızı” müsabiqəsində bu əminliklə iştirak etdim.
“Zima” festivalının da keçirilməsi çox əhəmiyyətlidir. Bütün uşaqların bu mərhələdən keçməsini çox istərdim.
– Uşaqlarla işləmək nə dərəcədə çətindir?
– Mənim ilk təcrübəm qızım İlqarə Kazımova ilə olub. Uşaqlarla işləmək maraqlıdır. Məndə olan hər şeyi onlara verməyə çalışacam.
– Qarşıda hansı planlarınız var? Solo konsertə hazırlaşırsızmı?
– Mənim böyük planlarım var. Amma qabaqcadan bu haqda danışmaq istəmirəm.
– Müğənni Filipp Kirkorovla duet ifa etdiniz. Yenidən bir arada konsertdə ifa etməyi düşünürsünüz?
– Bəli, mən hər zaman onunla ifa etmək istəyirəm.
– Aygün xanım, imicinizi dəyişmisiniz. Saç rənginizi tündləşdirmisiniz. Bu nə ilə bağlıdır?
– Bu mənim xarakterimlə bağlıdır. Dəyişikliyi sevən insanam. Layihə oldu-olmadı, imicimi dəyişirəm.
– Sizin Rusiya mətbuatında Filipp Kirkorovla sevgili olmağınız haqda xəbərlər yayıldı. Bu doğrudur?
– Siz ki bunu yaxşı bilirsiniz sevgilim yoxdur. Amma istəsəniz sevgilim olar (gülür).
– Həyatınızda sevdiyiniz şəxs yoxdur?
– Sizdən başqa heç kim yoxdur…
COMMENTS