Aygün Kazımova: “Həyatımda biri var”
Xalq artisti Aygün Kazımova 106.3 FM-də yayımlanan “Hit Parad” verilişinin qonağı olub.
Ailem.az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni şəxsi həyatı ilə bağlı maraqlı etiraf edib. O, sevdiyi şəxsin olduğunu bildirib:
“Həyatımda biri var. İnstaqramda paylaşdığım qızıl gülləri də o mənə göndərib”.
A.Kazımova həmin şəxsin onu dinlədiyini deyərək, ona salam göndərib. Xalq artistinin boyunbağısındakı “F” hərfi aparıcının diqqətindən qaçmayıb. Kazım Sübhanın “Bu, həyatınızda olan şəxsin adının baş hərfidir” sualına müğənni “Bəli”, deyə cavab verib.
COMMENTS