“Hesab edirəm ki, hər bir işdə etik qaydaları bilmək vacibdir”.
Bunu dosye.org-a açıqlamasında millət vəkili Aytən Mustafayeva Milli Məclisə “Bələdiyyələrin etik davranış qaydaları haqqında” qanun layihəsinin daxil olmasından danışarkən deyib. Onun sözlərinə görə, hazırda bələdiyyələrin bünövrəsi qurulmaqdadır: “Ona görə də, bu bünövrə düzgün istiqamətdə qurulmaqla yanaşı, bələdiyyələr etik qaydaları mükəmməl bilməlidirlər. Çünki onlar əhali ilə ünsiyyətdə olmalıdırlar. Bu səpgidə onların problemlərinin yaranmaması üçün əvvəlcədən gərəkən tədbirlər görülməli və maarifləndirmə aparılmalıdır. Ona görə də, hesab edirəm ki, bu çox vacib bir qanun layihəsidir. Eyni zamanda bu hər kəs tərəfindən normal da qəbul olunmalıdır. Əslində bu bütün cəmiyyətdə normal qarşılanmalıdır. Çünki etik qaydalar hər işdə və hər sahədə gözlənilməlidir”.
Qeyd edək ki, “Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə “Bələdiyyələrin etik davranış qaydaları haqqında” qanun layihəsi daxil olub. Fevral ayının 13-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında müzaakirəyə çıxarılacaq.
COMMENTS