ANS-in “Salam Azərbaycan” verilişinin aparıcısı Aytən Səfərova bu gün yenidən efirə çıxmayıb.
Bunun ardınca aparıcı Facebookda ona qarşı təpkilər olduğunu yazıb: “Allah mənə səbr və bəzilərinə qarşı güclü immunitet versin. Bezmişəm. Yorulmuşam. Nə qədər təpki olar?” Diqqət çəkən məqam isə statusun altına yazılmış şərhlər olub. İstifadəçilərdən biri A.Səfərovanı ANS-dən getməməyə çağırıb.
O isə cavabında üç nöqtə işarəsi yazmaqla kifayətlənib.Məsələ ilə əlaqədar ANS televiziyasının marketinq direktoru Nigar Zeynalova ilə əlaqə saxladıq. N.Zeynalova Aytən Səfərovaya qarşı hər hansı təzyiqin olmadığını bildirdi: “Aytən hazırda hamilədir. Səhhəti ilə əlaqədar efirə çıxmır. Bir müddət əvvəl də özünü yaxşı hiss etmədiyi üçün efirə çıxmadı.
Digər aparıcılar onu əvəz edirdilər. Onun ANS-də heç bir problemi yoxdur və aparıcı bülletenə çıxıb”.Xatırladaq ki, aparıcı bir müddət əvvəl efirdən uzaqlaşması ilə bağlı məsələyə belə aydınlıq gətirmişdi: “İşdə güclü əsəb gərginliyi keçirtmişəm. Buna görə də bülleten götürüb, istirahətə çıxmışam. Bunun bir həftə və ya daha uzun çəkəcəyi ilə bağlı heç nə deyə bilmərəm”.
“Əsəb gərginliyinə nə səbəb oldu” sualına isə A.Səfərova “Bunu açıqlaya bilmərəm” cavabını vermişdi.
COMMENTS