Aygünün konserti baş tutmadı

Xalq artisti Aygün Kazımovanın avqustun 22-də Nabranda keçirilməsi planlaşdırılan konserti təxirə salınıb.

 

Axşam.az-ın məlumatına görə, bu barədə konsertin təşkilatçısı prodüser Tarix Əliyev yazıb. O, İnstaqram səhifəsində bildirib ki, Azərbaycanın 13 əsgərinin şəhid olduğu bir zamanda konsert etmək fikrində deyillər:

 

“Aygün Kazımovanın Nabranda, 22 avqust tarixində təyin etdiyi konserti təxirə salıram. Son günlər Azərbaycanın mərd, igid oğullarının şəhid olması tək öz ailələri üçün deyil, bu torpaqda gəzən hər bir vətəndaşın uğrunda olub. Mən bəziləri kimi pula görə insanların gözündən düşə bilmərəm. Çünki bizi bu səviyyəyə qaldıran xalqdır. Yaxınımız öləndə hansı qohum-əqraba toya gedir?! Heç kim! Ona görə də bəzi şeyləri istisna etməklə ( işimlə əlaqədar) şəhidlərimizin qırxı çıxmayana qədər heç bir təşkilatçılıq işi etməyəcəyəm”.

COMMENTS