“Azəravtoyol”a məxsus şirkətin verg borcu üzə çıxdı – 3 milyondan çox

“Azəravtoyol”a məxsus şirkətin verg borcu üzə çıxdı – 3 milyondan çox

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin dövlətə külli miqdarda vergi borcu olduğu üzə çıcıb.

32gun.az xəbər verir ki, sözügedən MMC-nin hazırki vergi borcu 3254108.35 AZN-dir.

Bildirək ki, “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkətinin direktoru MƏZAHİR MAHMUDOV MAHMUD oğludur.

Şirkət 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,5 milyon manat təşkil edir.

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinim sədri Saleh Məmmədovdur.

 

COMMENTS