Azərbaycan 2020-də hansı ordunu məğlub edib? – Xanumyandan sensasiya

Azərbaycan 2020-də hansı ordunu məğlub edib? – Xanumyandan sensasiya

“Hətta zəifləmiş, nizamsız “artsax” ordusu da Ermənistan Silahlı Qüvvələrindən daha yaxşı vəziyyətdə idi”.

DOSYE.ORG xəbər verir ki, bunu keçmiş qondarma rejimin “ərazi idarəetmə və infrsatruktur naziri” Hayk Xanumyan deyib.

H.Xanumyan Qarabağdan köçən separatçıların Emrənistan ordusunda xidmətə cəlb olunması məsələsinə də münasibət bildirib. O deyib ki, Ermənistan ordusu nizamsızdır və həmin şəxslər buna uyğunlaşa bilmirlər:

“Bizim “artsax”da hər kəs müqavilə əsasında hərbi xidmət keçib. Orduya xüsusi diqqət var idi. Qarabağdan köçənlərin ehtiyac yaranacağı halda döyüş  potensialından istifadə edilə bilər. Lakin onların Ermənistana inteqrasiyasında ciddi problemlər var. Yaşayış yeri, işlə təmin edilmədə çətinliklər yaşayırlar. Hökumət onlara sadəcə birdəfəlik ödəniş edir, elə bilir ki, hər şey həll olunacaq. Amma reallıq fərqlidir. Ermənistandakı “artsax” ordusunun zabitləri arasında böyük məyusluq var. Çünki “artsax” və Ermənistan hərbi birləşmələrinin səviyyələri bir-birindən ciddi şəkildə fərqlənir. Onlar burada xidmət edə bilmirlər. Ermənistan ordusunda elementar nizam-intizam qaydaları işləmir”.

Qeyd edək ki, bəzi erməni ekspertləri guya 2020-ci il müharibəsini nisbətən zəif təchiz olunmuş separatçı ordunun apardığını, Ermənistanın savaşa qoşulmadığını iddia edirdi. Reallıqda isə Ermənistan ordusu da müharibədə tam şəkildə iştirak edib. Xanumyanın açıqlamasından belə aydın olur ki, Azərbaycan Ordusu Vətən müharibəsində ermənilərin ən elit, xüsusi hazırlıqlı qurplarını məhv edib./Globalinfo.az

COMMENTS