Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama saatı müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
A millimiz rəqibini martın 25-də “Bank Respublika Arena”da qəbul edəcək. Qarşılaşma saat 21:45-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Latviya yığması ilə, iyunun 10-da isə Macarıstan seçməsi ilə yoldaşlıq oyununa çıxacaq.
COMMENTS