Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələr ayağa qalxdı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələr ayağa qalxdı

Onlar rektor Mustafa Babanlıdan bəzi müəllimlərin cəzalandırılmasını tələb edirlər.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup tələbəsi etiraza başlayıb. Etiraza səbəb universitetin bəzi müəllimlərinin özbaşınalığı və tələbələrdən pul yığmaq üçün müxtəlif bəhanələr göstərməsidir.

ADNA-nın tələbələri adından İntiqam Aslanov yazır ki, Mustafa Babanlı kimi şəxsiyyətin ADNSU-ya rektor təyin edilməsindən məmnundurlar.«Azərbaycan Texniki Universitetində prorektor işləyən Mustafa müəllim ədalətli və insanpərvər davranışarı ilə xüsusən tələbələr arasında hörmət qazanıb».

Tələbələr rektora müraciət edərək bildirirlər ki, yeni təyinatından dərhal sonra mühazirələrin tələbələrə yazılı konspekt şəklində və ya elektron formada çatdırılması barədə bütün kafedralara yazılı qaydada göstəriş verməsinə baxmayaraq, bəzi müəllimlər hələ də “köhnə qaydada” işləyirlər. «İmtahan zamanı öz çirkin əməllərini “uğurla” həyata keçirmək üçün mühazirələri öz istəyinə uyğun qaydada gah demir, ən yaxşı halda isə yarımçıq deyir, elekton və ya digər yazılı formada tələbələrə çatdırmırlar. Dərsi elekron formada çatdırmaq yerinə öz kitablarını tələbələrə məcburi qaydada satırlar. Bizi mühazirə yazmağa məcbur edirlər. Rektorun göstərişinə məhəl qoymurlar. Bu da bütün tələbələrdə haqlı narazılıqlara səbəb olur».

İntiqam Aslanov iddia edir ki, bütün bunların başında Neft-mexanika fakültəsinin dekanı Sakit Abbasovla İnformasiya Kommunikasiya Texnologiyalar mərkəzinin (İKTM) rəisi Osman Mirzəyev dayanır. «Məhz bü cütlüyün “sayəsində” tədris edilməyən mövzular imtahanlara salınıb. 3 saat olan imtahan vaxtı sualların sayı azaldılmadan 2 saata endirilib. Bu cütlüyün göstərişləri əsasında tələbələrə olmazın haqsızlığı edilib. Onların bu özbaşınalıqlarına görə 25.05.2015-ci ildə müvafiq qurumlara şikayət edilib. Bundan əvvəl imtahanlar yazılı formada aparılarkən tələbələrə bir çox müəllimlər tərəfindən məqsədli şəkildə haqsızlıqlar edilib».

Bütün tələbələr adından rektordan xahiş edilir ki, mühazirələrin elektron və ya digər yazılı formada tələbələrə verilməsi, gələcək imtahan sessiyasında keçiriləcək imtahanların Sakit Abbasov və Osman Mirzəyevin nəzarətindən çıxarılması və imtahanların test üsulu ilə aparılması üçün onlara köməklik göstərilsin./jam

COMMENTS