Azərbaycan Ermənistana hücum etsə, Rusiya və İran necə reaksiya verər?

Azərbaycan Ermənistana hücum etsə, Rusiya və İran necə reaksiya verər?

“Ermənilər 1990-cı illərdəki kimi vuruşsalar, o zaman kənardan yardım alacaqlar; Ermənistanda Rusiyanın hərbi bazası var, İran isə yaxınlıqdadır”.

Moderator.az xəbər verir ki, “ArmenianReport”un yaydığı məlumata görə, bunu  NEWS.am-ın müxbiri ilə söhbətində rusiyalı politoloq Mixail Aleksandrov deyib.
Ekspert əlavə edib ki, İran indi daha çox öz təhlükəsizliyi haqda düşünür.
“Tramp seçildikdən sonra Tehran başa düşdü ki, ABŞ müdaxilə edib ona zərbələr endirməyə başlaya bilər, ona görə də İslam Respublikası yerində oturub nüvə silahı yaratmağa vaxt tapmalıdır”,- o, diqqətə çatdırıb.
Aleksandrovun sözlərinə görə, İran Azərbaycanın Ermənistana hərbi təcavüzü ilə razılaşmayacaq, lakin onların döyüşmək ehtimalı azdır. Siyasi şərhçi eyni zamanda etiraf edib ki, İran Ermənistana silah dəstəyi verə bilər.
O, Rusiyanın da məsələyə müdaxilə edə biləcəyini istisna etməyib.
“Lakin Moskva Ermənistanın etibarlı müttəfiq olduğuna inanaraq belə bir addımın atılmasının zəruriliyinə inanmalıdır”, – politoloq vurğulayıb.
Xatırladaq ki, Rusiyanın Bakıya və Azərbaycanın infrastrukturuna raket zərbələri endirmə ehtimalından danışdıqdan sonra çalışdığı Moskva Beynəlxalq Münasibətlər İnstitutundan qovulan politoloq Mixail Aleksandrov Azərbaycan Baş Prokurorluğu tərəfindən müharibəyə çağırışlarla bağlı cinayət işi üzrə axtarışa verilib…
S.Laçın

COMMENTS