“Azərbaycan kimi favorit komandaya qalib gələ bilərik”

“Azərbaycan kimi favorit komandaya qalib gələ bilərik”

Latviya yığmasının futbolçusu Vitali Reçitski millimizlə yoxlama oyunu öncəsi açıqlama verib.

Qol.az-ın məlumatına görə, Latviya Futbol Federasiyasının saytına danışan 31 yaşlı yarımmüdafiəçi millimizi görüşün favoriti hesab etdiyini söyləyib:

“Özümüzə daha çox güvənməliyik. Latviyada kifayət qədər istedadlı futbolçuların olduğunu düşünürəm. Azərbaycan kimi favorit komandaya qarşı mübarizə aparmaq və qalib gələ biləcək gücdəyik. Onlar da bizim kimi adi insanlardır. Ola bilsin ki, son oyunlarda baş verənlər psixoloji cəhətdən sarsıntıya səbəb olub. Yeni baş məşqçimiz bizə deyib ki, yaxşı futbol oynamaq üçün vəziyyəti dəyişmək lazımdır”.

Qeyd edək ki, Latviya – Azərbaycan görüşü sabah keçiriləcək.

Dosye.org

COMMENTS