Azərbaycan klubu “Fənərbaxça”ya uduzdu

Azərbaycan klubu “Fənərbaxça”ya uduzdu

Noyabrın 11-də Bakının qadınlardan ibarət “Telekom” voleybol klubu Çempionlar Liqası yarışlarında ikinci oyununu keçirib.

Qol.Az-ın “Report”a istinadən verdiyi məlumata görə, İstanbulda Burhan Felek Voleybol Salonunda “Telekom” yerli “Fənərbaxça” komandasının qonağı olub.

Avstriyalı baş hakim Harald Socanın idarə etdiyi görüş “Fənərbaxça”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Telekom” Bakıda təşkil olunan ilk görüşündə Polşanın “İmpel” komandasına 0:3 hesabı ilə məğlub olub.

Komandamız növbəti oyununu noyabrın 25-də Almaniyada yerli

“Drezdner” komandasına qarşı keçirəcək.

“Telekom”un yer aldığı “E” qrupunda digər oyununda isə “Drezdner” komandası səfərdə “İmpel”ə 3:2 hesabı ilə qalib gəlib.

COMMENTS