Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edən mərhələnin son oyunları bölgədə baş tutacaq.
Sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək ki, “Zaqatala” “Şamaxı” ilə, “İmişli” isə “Mingəçevir”lə doğma meydanda münasibətlərini aydınlaşdıracaq.
Qeyd edək ki, noyabrın 28-də və 29-da keçirilən oyunlardan sonra “Səbail”, “Turan Tovuz”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Qaradağ Lökbatan”, “Karvan”, “İrəvan” və MOİK 1/8 finala vəsiqə qazanıblar.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
30 noyabr
“Zaqatala” – “Şamaxı” 0:1 (2-ci hissə)
Qol: Emin Zamanov, 18
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə
Zaqatala OİK stadionu
“İmişli” – “Mingəçevir” 0:0 (2-ci hissə)
Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimov
İmişli şəhər stadionu
COMMENTS