Azərbaycan məmurları qəzet oxuyurmu…

Azərbaycan məmurları qəzet oxuyurmu…

Baş nazir Novruz Məmmədov çap mətbuatını daim izləyir, nazirlər isə…

Bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial şəbəkələr və internet resurslarının inkişafı nəticəsində yazılı media dərin böhran keçirməkdədir. Gündəlik nəşr olunan qəzetlərin sayı və tirajı getdikcə azalır, informasiya mənbəyi olaraq mövqelərinin böyük hissəsini itirirlər. Bu şəraitdə Azərbaycan məmurları yazılı median izləyirlərmi?

Məlumdur ki, əksər dövlət qurumları yazılı çap olunan bütün dövlət qəzetlərinə abunə olurlar. Alınan qəzetləri məmurlarımız özləri oxuyurlarmı?

Onu da qeyd edək ki, son illərədək dövlət qurumlarında çalışan mətbuat katibləri hər gün media icmal hazırlayaraq rəhbərlərinə təqdim edirdilər. Yəni yüksək vəzifəli məmurların əksəriyyəti qəzəet-jurnal oxumurdu… İndi vəziyyət necədir: məmurlar yenə belə icmallar vasitəsilə media gündəmindən xəbər tuturlar, yoxsa bilavasitə özləri vaxt ayırıb qəzet oxuyurlar?

Baş nazir Novruz Məmmədov ile ilgili görsel sonucu

Bu suallarla bir sıra dövlət qurumlarının mətbuat katiblərinə müraciət etdik. Verilən cavablardan məlum oldu ki, Azərbaycanın Baş naziri Novruz Məmmədov yazılı mətbuatı bilavasitə özü izləyir. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyevin “Yeni Müsavat”a bildirdiyinə görə, baş nazir Azərbaycan kütləvi informasiya vasitələrinin fəaliyyətinə böyük önəm verir: “Daim yerli medianı izləyir. Hər gün yazılı media ilə şəxsən özü tanış olur, qəzetləri oxuyur. Online media ilə bağlı baş nazirə xülasə təqdim olunur. Cənab baş nazir həmin xülasə ilə də gün ərzində tanış olur. O cümlədən xarici mediada təqdim olunan xəbərlər və yazılarla bağlı da baş nazirə operativ şəkildə xülasə – məlumat təqdim olunur”.

Şahin Mustafayev ile ilgili görsel sonucu

İqtisadiyyat naziri Şahin Mustafayev də media gündəmini eyni qaydada izləyir. İqtisadiyyat Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyevin sözlərinə görə, nazir qəzetlərlə özü tanış olur: “Düzdür, biz ona media icmalı da hazırlayıb təqdim edirik. Lakin adətən qəzetləri özü də oxuyur, internet resurslarını da izləyir”.

Muxtar Babayev ile ilgili görsel sonucu

Kənd təsərrtüfatı naziri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də işlərinin çoxluğuna rəğmən, mətbuatdan özləri xəbər tutmağı sevirlər. Onlar həm yazılı mətbuatı, həm də internet resurslarını müntəzəm olaraq izləyirlər.

Ä°lgili resim

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov üçün media icmalı hazırlanmır. Qurumun mətbuat katibi Eyvaz Qocayevin “Yeni Müsavat”a dediyinə görə, Z.Fərəcov həm yazılı, həm internet mətbuatını özü oxuyur.

DOSYE.ORG

COMMENTS