Azərbaycan Milli Qəhrəmanının qardaşı oğlu Ukraynada snayper kimi döyüşür

Azərbaycan Milli Qəhrəmanının qardaşı oğlu Ukraynada snayper kimi döyüşür

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun qardaşı oğlu Ukraynada ön cəbhədə vuruşur.

DOSYE.ORG Bakupost.az-a istinadən xəbər verir ki, o, Ukrayna ordusunun ən peşəkar snayperlərindəndir.

Möhsün İlyas oğlu Hüseynov Donetsk aeroportunun məşhur 7-lik snayper müdafiəçiləri qrupundadır. 14 ildir snayperdir.

Möhsün 1991-ci ildə Dnepr şəhərində doğulub, anası ukraynalıdır.

Atası İlyas Hüseynov Birinci Qarabağ Müharibəsi başladığı üçün onları Ukraynada qoyub, Azərbaycana qayıdıb.

Onun əmiləri – Xocavəndin icra başçısı Eyvaz Hüseynov və qardaşı, Milli Qəhrəman İbad Hüseynov müharibədə fəal iştirak ediblər. Ukraynadan qayıdan İlyas da ən qaynar nöqtələrdə döyüşüb. Müharibədən sonra isə Ukraynaya qayıtmayıb.

Möshün bir neçə dəfə Azərbaycanda olub.

2007-ci ilə kimi atası ilə əlaqələri olub, sonradan İlyas Hüseynovun rəhmətə getdiyini öyrənib.

Möhsün Ukraynada Maksim adı ilə tanınır. Ukraynanın məşhur və qəhrəman snayperidir.

2015-ci ildə aldığı kontuziya səbəbindən ordudan tərxis olunub. Ukrayna dövləti ona “İgidliyə görə”, “Şücaətə görə” medalları ilə təltif edib.

Hazırda o, Ukraynada müharibədə ön cəbhədədir.

COMMENTS