“Azərbaycan millisi asan rəqib deyil”

“Azərbaycan millisi asan rəqib deyil”

Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylov “AÇ-2016”nın seçmə mərhələsi çərçivəsində milli komandamıza qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bildirib.

 

Qol.Az-ın məlumatına görə, o, yerli mətbuata açıqlamasında Bolqarıstan millisinə inandığını və səfər matçının onlar üçün çətin olmayacağını deyib:

 

“Düzdür, ciddi rəqiblə qarşılaşacağıq. Səfərdə hər iki komandanın ifasında sərt oyun gözləyirik. Ancaq mən sakitəm. Əsas odur k, futbolçularımız əlinə düşən qol imkanlarından yararlansın.

 

Komandamızın oyun stilini bəyənirəm. Səfərdə 10-12 minlik azarkeş tutumu olan stadionda oynayacağıq. Rəqibin çox həvəsli azarkeşləri var. Azərbaycan millisi asan rəqib deyil. Ancaq komandamızın yaxşı nəticə qazanacağına inanıram”.

 

Xatırladaq ki, Azərbaycan – Bolqarıstan ooyunu sentyabrın 9-da keçiriləcək.

COMMENTS