Azərbaycan millisi Farer adalarına qalib gəldi

Azərbaycan millisi Farer adalarına qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, yığma 3-cü turda səfərdə Farer adaları ilə qarşılaşıb. Klaksvik şəhərindəki “Djupumyru” stadionunda keçirilən matçda Azərbaycan yığması 2:1 hesabı ilə qələbə qazanıb. Yığmanın qollarını 30-cu dəqiqədə Kristina Bakaranadze və 50-ci dəqiqədə Manə Mollayevə vurub.

Bununla da Azərbaycan millisi qrupda vahid lider olub – 7 xal (3 oyun). Kipr 2-ci (4 xal, 2 oyun), Monteneqro 3-cü (3 xal,2 oyun), Farer adaları isə sonuncudur (0 xal, 3 oyun).

Qeyd edək ki, yığma növbəti görüşünü oktyabrın 31-də “Dalğa Arena”da Monteneqroya qarşı keçirəcək.

COMMENTS